İspaniya Kral Kubokunun yarımfinalında "Real Madrid" "Barselona"ya 4:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelottinin oyundan sonra paltardəyişmə otağında futbolçularına dediyi sözlər gülüş doğurub:

"Sizə yalan dedim. Bu, final deyildi, yarımfinal idi. Biz hələ də finalda oynamalıyıq".

İtaliyalı mütəxəssis qələbə münasibətilə futbolçulara bir gün istirahət verib.

Qeyd edə ki, "Kral klubu" finalda "Osasuna" ilə üz-üzə gələcək.