Madrid “Real”ı İspaniya Kubokunun “Barselona” ilə oyununa ciddi itki ilə çıxa bilər.

Offsideplus.az xəbər verir ki, Antonio Rüdigerin yarımfinalın cavab matçında çıxışı sual altındadır. Təcrübəli futbolçu  La Liqanın “Valyadolid”lə son oyununu (6:0) buraxıb. Onun dizindəki problemini tam sağaltmaq ehtimalı azdı.

Xatırladaq ki, “El Klasiko” sabah saat 23.00-da başlayacaq.