"Real Madrid" klubu Karlo Ançelottinin komandadan ayrılması halında onun əvəzedicisini tapıb. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun ilk hədəfi Maurisio Poçettinodur. Bu barədə "TyC Sports" məlumat yayıb. Klubun prezidenti Florentino Peres Poçettinonu komandanın sükanı arxasında görmək istəyir.

Argentinalı mütəxəssis də "Real"ın baş məşqçisi olmağa razıdır.