"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Ansu Fatidən bəhs edib.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis 20 yaşlı forvarda güvəndiyini söyləyib:
"Ansuya inamım böyükdür. Onun burada uğur qazanmasını istəyirəm. O, sakitdir və diqqətini cəmləşdirib. Yaxşı məşq edir. Onun atasını başa düşürəm, lakin mənim üçün önəm daşımır. Ansunun hələ ki, 20 yaşı var. Səbrli olmaq lazımdır. "Barselona"da rəqabət böyükdür".
Qeyd edək ki, daha öncə Fatinin atası oğluna az şans verildiyindən gileylənmişdi.