"Barselona"nın futbolçusu Ansu Fatinin atası Bori Fati oğlunun az oyunda iştirakından gileylənib.
Offsideplus.az xəbər verir ki, o, baş məşqçi Xavinin qərarlarından narazıdır:
"Xavidən soruşun, Ansu niyə oynamır? Cavab yoxdur. Daha çoxuna layiqik, Ansu "Barselona"nın "10 nömrə"sidir. Messi, Suarez, Qrizmann "Barselona"da ikən daha çox oynayırdı. Ansu TOP futbolçudur və 1, 2, 3 dəqiqə şans verilir. Bu, məni məyus edir".
Qeyd edək ki, 20 yaşlı forvard 2020-ci ildən "Barselona"nın formasını geyinir.