Madrid “Real”ı fransalı hücumçusu Kərim Benzemanın çıxışından razı deyil.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun Madrid təmsilçisinin matçlarına olan münasibətindən narahatdır. Eyni zamanda, o, tez-tez zədələnir.

Qeyd edək ki, Benzema cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi bu ilin yayında başa çatacaq.