"Sevilya" klubunun yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, komandanı Xose Luis Mendilibar çalışdıracaq.
İspaniyalı məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə Xorxe Sampaolini əvəz edib.
Qeyd edək ki, Xose Luis Mendilibar son olaraq "Alaves"i çalışdırıb.