İspaniyanın iki nəhəng klubu "Fənərbağça" və Türkiyə millisinin üzvü Arda Gülərlə yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki,  "Barselona" və "Atletiko" (Madrid) 18 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətində görmək istəyir. 

Gülərin "Transfermarkt"də satış qiyməti 10 milyon avro dəyərindədir. Türk futbolçunun "Fənərbağça" ilə 2025-ci ilədək müqaviləsi var.

Qeyd edək ki, 2022-23 mövsümündə Gülər 20 oyuna çıxıb, 3 qol və iki assistə imza atıb.