Madrid "Real"ının futbolçusu Eden Hazard klubdan ayrılmaq fikrində deyil.

Offsideplus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi müqaviləsi başa çatana qədər, yəni 2024-cü ilin yayına kimi Madrid təmsilçisində qalmaq niyyətindədir.

Qeyd edək ki, Hazard bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 7 oyun keçirib, 1 qol vurub və 1 qol ötürməsi edib.