Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç həftəsonu "Betis"ə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı ulduz bu gün komanda ilə birlikdə məşq etməyib.

Futbolçunun ciddi zədəsi yoxdur. Sadəcə olaraq, baş məşqçi Karlo Ançelottinin Modriçə istirahət vermək istədiyi bildirilir.

 "Betis" - "Real" matçına sabah saat 00:00-da start veriləcək.