İspaniyanın "Rayo Valyekano" klubunun hücumçusu Radamel Falkao karyerasını Asiyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçunun Malayziyaya getmək ehtimalı var. Kolumbiyalı forvardın xidmətində "Johor Darul" maraqlıdır. Təcrübəli qolçu mövsümün sonunda azad agent statusu ilə bu kluba keçəcək.

Qeyd edək ki, Radamel Falkao "Rayo Valyekano"ya 2021-ci ilin sentyabr ayında "Qalatasaray"dan transfer edilib.