Madrid "Atletiko"sunun müdafiəçisi Reynildu Mandava fevralın 25-də La Liqanın 23-cü turunda "Real"a qarşı derbidə (1:1) aldığı zədə səbəbindən 8 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, tibbi müayindən keçən 29 yaşlı futbolçunun sağ dizində yırtıq aşkarlanıb.

Əməliyyat olunan oyunçunun bərpa müddəti 8 aya yaxın çəkəcək.