"Barselona" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Polşalı forvardın əzələsində problem aşkarlanıb.
Bildirilir ki, 35 yaşlı futbolçu bu səbəbdən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Barselona" martın 2-də İspaniya Kral Kubokunun ilk yarımfinal oyunu çərçivəsində səfərdə "Real"la qarşılaşacaq.