Madrid “Real”ı yarımmüdafiəçi Luka Modriçlə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi xorvatiyalı ilə sözləşmə imzalamaq qərarını bir qədər gecikdirir.

Daha əvvəl “Real”ın bir neçə futbolçu ilə müqavilənin müddətini uzatmaq və “Borussiya”dan (Dortmund) Çud Bellingemi transfer etmək istədiyi bildirilirdi.