Madrid "Real"ı La Liqanın 22-ci turunda "Elçe" ilə oyuna itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin iki futbolçusu sözügedən matçı buraxacaq. Bunu komandanın baş məşqçisi Karlo Ançelotti yerli mətbuata açıqlamasında deyib. Qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Toni Kroos zədə səsəbindən "Elçe" ilə görüşdə olmayacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Elçe" görüşü saat 00:00-da start götürəcək.