Madrid "Real"ı ötən gecə klublararası dünya çempionatının finalında "Əl-Hilal"ı 5:3 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu kubok Madrid klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Fransalı hücumçu "kral klubu"nda 25-ci qənimətini əldə edib və ən çox titul qazanan Marselonun rekorduna şərik olub.

Madrid təmsilçisinin tarixində başqa heç kim onlar qədər kubok qazanmayıb. Daha bir titul Benzemanı madridlilərin mütləq rekordçusu edəcək.