"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İspaniya nəhəngi, "Fənərbağça"nın hücumçusu Enner Valensiyanı sıralarına qatmağa yaxındır.
Kataloniya təmsilçisi 33 yaşlı ekvadorlu forvard üçün qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır.
Valensiya özü də bugünlərdə Türkiyə mətbuatına verdiyi açıqlamada "Barselona"dan təklif gələcəyi təqdirdə La Liqanın yolunu tuta biləcəyini söyləyib.
Qeyd edək ki, təcrübəli futbolçu 2020-ci ildən "Fənərbağça"da çıxış edir.