İspaniyanın "Atletiko" klubu Türkiyə millisi üzvü Çağlar Söyüncünün transferi ilə bağlı "Lester"lə görüşür.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Madrid təmsilçisi və Söyüncü arasında razılıq əldə olunub. Türk futbolçunun "Lester"lə sözləşməsinin müddəti 2023-cü ilin yayında başa çatacağı üçün "matrasçılar" sərbəstqalma məbləği ödəməli olacaq. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, Çağlar yayda "Atletiko"ya keçəcək.

Qeyd edək ki, 26 yaşlı müdafiəçiyə "Aston Villa" (İngiltərə) və "Roma" (İtaliya) kimi klublardan təklif gəlsə də, imtina edib.