Madrid "Real"ının futbolçusu Luka Modriç iki klubun maraq dairəsindədir.

Offsideplus.az xəbər verir ki, bunlar ötən gün Kriştiano Ronaldonun transferini açıqlayan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və ABŞ-ın "İnter Mayami" klublarıdır. Ancaq 37 yaşlı yarımmüdafiəçinin ən az bir mövsüm də "Real"da qalmaq istədiyini bildirilib.

Qeyd edək ki, Modriçin Madrid klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.