"Barselona"nın futbolçusu Jordi Alba komandanın heyətində La Liqada 300-cü oyununu keçirib.

Offsideplus.az xəbər veir ki, 33 yaşlı müdafiəçi 15-ci turda Kataloniya təmsilçisinin heyətində "Espanyol"la oyunda iştirak etməklə bu göstəriciyə çatıb. O, "Barselona"nın bu həddə çatan 12-ci futbolçusudur. 

Qeyd edək ki, rekord isə ötən ilin yayında "Barselona"dan ayrılan Lionel Messiyə məxsusdur (La Liqada 520 oyun).