İspaniya La Liqasında 15-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 3 qarşılaşma keçirilib.

“Barselona” ilin son oyununda öz meydanında  “Espanyol”la üz-üzə gəlib və xal itkisi ilə qarşılaşıb. “Vilyarreal” “Valensiya”nı, “Real Sosyedad” isə “Osasuna”nı məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 15 turdan sonra “Barselona” və “Real” (38 xal) şərikli liderlik edir. “Real Sosyedad” (29 xal) üçüncü, “Atletiko” (Madrid) 27 xalla dördüncü pillədə qərarlaşıb.

31 dekabr

Barselona – Espanyol 1:1
Qol
: M.Alonso, 7 – Xoselu, 73-pen.

Real Sosyedad – Osasuna 2:0
Qol
: B.Mendes, 22. Sorlöt, 64.

Vilyarreal – Valensiya 2:1
Qol
: Çukvueze, 45. Foyt, 88 – Kavani, 21.