Madrid "Real"ının hücumçusu Kərim Benzema bu tur meydana qayıdacaq.

Offsideplus.az xəbər verir ki, fransalı forvard İspaniya çempionatının 15-ci turunda "Valyadolid"lə görüşdə “kral klubu”nun start heyətində yer alacaq.

O, zədə səbəbindən dünya çempionatında meydana çıxa bilməmişdi.

Qeyd edək ki, “Valyadolid” – “Real” görüşü bu gün Bakı vaxtı ilə 00:30-da start götürəcək.