Madrid "Real"ının rəhbərliyi və məşqçilər korpusu komandanın fransalı hücumçusu Kərim Benzemaya DÇ-2022-nin finalı üçün Qətərə getməsinə icazə verib.

Offsideplus.az xəbər verir ki, söhbət onun turnirdə iştirakından deyil, yalnız komandanın yerləşdiyi düşərgəyə baş çəkməsindən və komanda yoldaşlarını dəstəkləməsindən gedir.

Zədələnməsinə və milli komandanın düşərgəsini tərk etməsinə baxmayaraq, Benzema dünya çempionatının medalına yiyələnə bilər.

Çünki onun adı sifariş ərizəsindəndən çıxarılmayıb.