Madrid “Real”ının fransalı hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, zədə səbəbindən DÇ-2022 üçün Fransa yığmasının heyətindən çıxarılan 34 yaşlı futbolçunun vəziyyəti getdikcə düzəlir.
Benzemanın La Liqanın 15-ci turu çərçivəsində, dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada meydana çıxa biləcəyi ehtimal olunur.