"Real"ın hücumçusu Eden Hazard zədələri səbəbindən ona bəslənilən ümidləri doğrulda bilmədiyi üçün azarkeşlərdən üzr istəyib.
Offsideplus.az xəbər verir ki, "Marca"ya danışan 31 yaşlı forvard tez-tez zədələndiyi üçün məyus olduğunu dilə gətirib:
"Madrid azarkeşləri, üzr istəyirəm. Bu heç asan deyil, oynamıram, lakin daha çox oyun keçirmək istəyirəm. Baş verənlərə görə çox üzgünəm. "Çelsi"də zədələnmədən yüzlərlə oyunda iştirak etdim. Madriddə isə hər cür zədə ilə qarşılaşdım. Bu izah edə bilməyəcəyim bir şeydir".
Qeyd edək ki, "Kral klubu" Hazardı 2019-cu ildə "Çelsi"dən transfer edib.