"Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Mnaçester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək fikrindədir.
La Liqa klubu 32 yaşlı türkəsilli futbolçunun keçidini qış transfer dövründə həll etmək niyyətindədir. Gündoğanın özü də "Barselona"da çıxış etmək təklifinə isti yanaşır.
Qeyd edək ki, futbolçunun "şəhərlilər"lə müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununda başa çatır.