Mövsüm ərzində ən çox qol vuran futbolçuya təqdim olunan "Qızıl buts" mükafatının qalibinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, mükafatı "Barselona"nın hücumçusu Robert Levandovski qazanıb. Polşalı forvarda "Qızıl buts" təqdim olunub.

Qeyd edək ki, Robert Levandovski 2021/2022 mövsümündə "Bavariya"nın heyətində Almaniya Bundesliqasında 35 qol vurub.