"Barselona" La Liqanın XIV turunda "Osasuna" ilə çətin səfər matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində Robert Levandovski qırmızı vərəqə alıb. Oyunun ilk hissəsinin bitdiyini bildirən final fitinin çalınmasından sonra Jerar Pike hakimin qərarına etiraz edib və aralarında mübahisə yaranıb.
Nəticədə Xesus Xil Mandano ispaniyalı müdafiəçiyə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Pike noyabrın 3-də futboldan getdiyini açıqlayıb.