"Barselona"nın futbolçusu Jerar Pikenin 2015-ci ildə Malaqa şəhərinin Kosta del Sol bölgəsində altığı hotelin altında 250 məzar aşkar olunub.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, ərazidə çalışan arxeoloq bu açıqlamanı verib:
"250 böyük məzar tapdıq. Bunların əksəriyyəti boş idi. Çox güman ki, məzarlar heç vaxt istifadə edilməyib. İstifadə olunacaq qədər dəyərli olmayıblar".
Araşdırmalardan sonra məzarların hansı əsrə aid olduğu bəlli olacaq.
Qeyd edək ki, ispaniyalı ulduz bu sərmaye üçün 20 milyon dollar xərcləmişdi.