İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 4 görüş oynanılıb.

“Atletiko” (Madrid) səfərdə "Kadis"ə məğlub olub. “Sevilya” öz meydanında “Rayo Valyekano”ya minimal hesabla uduzub. Səfərdə “Valensiya” ilə qarşılaşan “Barselona” isə son dəqiqələrdə vurulan qol ilə meydandan qələbə ilə ayrılıb.

29 oktyabr

İspaniya La Liqası , 12-ci tur

"Almeriya" – "Selta" - 3:1
Qol:
 Lazaro, 52. De La Hoz, 60. Equaras, 90+6 – Veyqa, 25.

"Kadis" – "Atletiko" - 3:2
Qol: 
Bonqonda, 1. Fernandes, 81. Sobrino, 90+9 – J.Feliks, 85; 89.

"Sevilya" – "Rayo Valyekano" - 0:1
Qol:
 A.Qarsiya, 61.

"Valensiya" – "Barselona" - 0:1
Qol
: Levandovski, 90+3.

Qeyd edək ki, "Barselona" (12 oyun) 31 xalla turnir cədvəlində 1-ci, "Real" (11 oyun) 31 xalla 2-ci, "Atletiko" (Madrid) (12 oyun) isə 23 xalla 3-cü pillədə yer alıb.