"Real" futbolçusu Eden Hazardı komandadan göndərmək istəyir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 31 yaşlı hücumçu üçün yeni komanda tapmaq istəsə də, heç bir klubdan təklif gəlməyib.

Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"dən "Real"a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatır.