"Barselona" klubu 2023-cü ilin yayında komandanın dörd kapitanı olan təcrübəli futbolçularla vidalaşmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, söhbət Serxio Buskets , Jerar Pike, Serxi Roberto və Jordi Albadan gedir.
Buskets və Robertonun müqavilələri bu mövsümün sonunda bitir. Serxio böyük ehtimalla karyerasını MLS-də davam etdirəcək. Onunla artıq bir neçə klub maraqlanır. Pike və Alba müqavilələri daha iki il müddətinə qüvvədədir, lakin onlar əsas heyətdəki yerlərini itiriblər. Buna görə də klub yüksək maaşlar səbəbindən onlarla vidalaşmaq niyyətindədir. Klubun baş məşqçisi Xavi artıq futbolçular üçün əvəzedicilər axtarmağa başlayıb.