Madrid "Real"ının əsas hücumçusu Kərim Benzema komandasının növbəti matçını buraxacaq.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu əzələ yorğunluğu səbəbindən "Sevilya" ilə bugünkü oyunda iştirak edə bilməyəcək . Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, La Liqanın 11-ci turunda "Real" "Sevilya"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.