Madrid "Real"ı sıralarını daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, "kral klubu" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandla maraqlanır.

23 yaşlı forvardın müqaviləsində 2024-cü ilin yayında 180 milyon avroluq sərbəstqalma maddəsi var. "Real" da məhz bundan istifadə edərək 2024-cü ildə norveçli futbolçunu transfer etməli planlaşdırır.

Qeyd edək ki, Erlinq Haaland "Mançester Siti"yə mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunub.