"Real" klubu Kərim Benzemanın "Qızıl Top"u qazanması səbəbilə "Olimpik" (Lion) klubuna 1 milyon avro ödəyəcək.

Offsideplus.az xəbər verir ki, "Olimpik" (Lion) klubunun prezidenti Jan Mişel Ola Benzemanın 2009-cu ildə "Real"a transferi zamanı müqaviləyə "Qızıl Top"la bağlı şərt əlavə edib. Şərtə görə, Benzema sözügedən mükafatı qazandığı halda, "Kral klubu" 1 milyon avro bonus ödənişi etməli olacaq.

Fransalı forvard ötən gecə "Qızıl Top"u qazandığı üçün Madrid təmsilçisi 13 il sonra həmin şərti yerinə yetirməli olacaq.