Toni Kroos, Kərim Benzema və İker Kasilyas "Mançester Siti"nin ilin ən yaxşı komandası seçilməsi qərarını tənqid edib.

Offsideplus.az xəbər verir ki, T.Kroos tviter hesabında bu qərara narazılığını dilə gətirib: "2021-22 mövsümünün ən yaxşı üçüncü komandası. Məmnunsan, "Real Madrid"?" Almaniyalı yarımmüdafiəçi instaqram səhifəsində isə ironiya ilə bu sözləri yazıb: "2021-22 mövsümündə ən yaxşı 3-cü komanda olması münasibətilə "Real"ı təbrik edirəm".

"Real"ın sabiq kapitanı İker Kasilyas "France Football" nəşrinin bu qərarına sarkazmla cavab verib: "3-cü yeri qazanması münasibətilə "Real"ı təbrik edirəm..."

"Qızıl Top"un qalibi Kərim Benzema isə mərasimdən sonra bu sözləri deyib: "Mənə görə, "Real" həmişə dünyanın ən yaxşı klubudur. Kuboku kimə istəyirsiniz verin".