Madrid "Real"ı İspaniya La Liqasının 9-cu turunun "Barselona" ilə matçına ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua zədə səbəbindən "El Klasiko"da komandasına kömək edə bilməyəcək.

"Real" - "Barselona" qarşılaşması bazar günü Bakı vaxtilə saat 18:15-də "Santyaqo Bernabeu Stadionu"nda baş tutacaq.