"Atletiko" "Barselona"dan icarəyə götürdüyü Antuan Qrizmanı satın alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Matrasçılar" 31 yaşlı hücumçu üçün Kataloniya təmsilçisinə 25 milyon avro ödəniş edib. Sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qrizman 2021-ci ildən icarə əsasında "Atletiko"nun formasını geyinir.