"Sevilya" yollarını ayırdığı baş məşqçisi Julyen Lopeteqinin əvəzləyicisini tapıb.
Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisi Jorje Sampaoli ilə anlaşıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Argentinalı mütəxəssislə Lopeteqi qovulmamışdan günlər öncə əlaqə saxlanılıb.
Qeyd edək ki, "Sevilya" turnir cədvəlində 17-ci yerdədir. Komanda son 7 turda 1 qələbə qazanıb, 7 dəfə məğlub olub və 2 heç-heçə edib.