"Sevilya" baş məşqçisi Julyen Lopeteqi ilə yollarını ayırmağı düşünür.
Offsideplus.az "Carrusel Deportivo"ya istinadən xəbər verir ki, Əndəlüs təmsilçisinin yeni baş məşqçisi namizədləri arasında Fatih Terimin adı ilk pillələrdədir.
Qeyd edək ki, "Sevilya" turnir cədvəlində 17-ci yerdədir. Komanda son 7 turda 1 qələbə, 7 məğlubiyyət və 2 heç-heçə edib.