İspaniya La Liqasında mübarizə aparan "Elçe" klubu baş məşqçisi Fransisko Rodriges ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrə görə 44 yaşlı mütəxəssislə istefaya göndərilib. Komanda onun rəhbərliyi altında çempionatda keçirdiyi son 5 qarşılaşmada uduzub.

 "Elçe" komandası hazırda 7 turdan sonra turnir cədvəlində 1 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.