İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün 4 görüş baş tutub.

"Real" öz meydanında "Osasuna" ilə oyunda xal itirib. Bir nəfər azlıqda qalan rəqibi qarşısında xal itirən Madrid təmsilçisi  bu mövsüm ilk dəfədir ki, bu halla qarşılaşıb.

İspaniya

La Liqa, 7-ci tur

2 oktyabr

"Espanyol" - "Valensiya" - 2:2
Qollar: Xoselu, 56, Darder, 83 - Paulista, 53, Comert, 90+6

Qırmızı vərəqə: M.Bretveyt, 90+2 - M.De Souza, 85

"Selta" - "Betis" - 1:0
Qol: Veyqa, 9

Qırmızı vərəqə: L.Felipe, 20 ("Betis")

"Jirona" - "Real Sosyedad" - 3:5
Qollar: Rikelme, 23, Martines, 27, Kastelyanos, 48 - Sörlot, 8, 42, Mendez, 66, Zubimendi, 71, Kubo, 85

"Real" - "Osasuna" - 1:1
Qollar: Vinisius, 42 - K.Qarsiya, 50

Qırmızı vərəqə: Qarsiya, 78 ("Osasuna")

Qeyd edək ki, turnir cədvəlinə 19 xalla "Barselona" liderlik edir. Eyni xalı olan "Real" 2-ci pillədədir, "Atletik" (Bilbao) isə 16 xalla 3-cü sırada yer alıb.