Madrid “Real”ı fransalı müdafiəçisi Ferlan Mendi ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, tərəflər bu məsələdə heç cür razılığa gələ bilmir.

“Kral klubu” 27 yaşlı cinah oyunçusunun maaşında meneceri ilə ortaq məxrəcə gələ bilmir. Bu səbəbdən danışıqlar müvəqqəti dondurulub. 

Qeyd edək ki, 2019-cu ildən “Real”ın formasını geyinən Ferlan Mendi cari mövsüm 8 oyunda iştirak edib.