"Barselona" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğana "elçi düşüb".
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər"lə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq Gündoğanla Kataloniya təmsilçisi yaxından maraqlanır. 31 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avrodur.
Serxio Busketsin sözləşməsinin müddəti cari mövsümün sonu başa çatdığından "Barselona" yeni mərkəz yarımmüdafiəçisi axtarışındadır.
Qeyd edək ki, türk əsilli Almaniya millisinin üzvü 2016-cı ildən "Siti"nin formasını geyinir. O, cari mövsüm 10 oyunda 2 qol və 1 assistə imza atıb.