"Real"ın ulduzu Toni Kroos mövsümün sonunda karyerasını başa vura bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Almaniyalı futbolçu karyerasını pik nöqtədə bitirmək istədiyindən, müqavilənin müddətini yeniləmək istəmir.

Qeyd edək ki, Kroos 2014-cü ildən "Real"ın şərəfini qoruyur.