"Barselona" futbolçusu Jerar Pike ilə yollarını ayıracaq.
Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, "Bavariya" ilə ÇL-nin qrup mərhələsinin II tur matçından sonra (0:2) 35 yaşlı müdafiəçi və baş məşqçi Xavi paltardəyişmə otağında mübahisə ediblər. Bu hadisədən sonra Kataloniya təmsilçisi və Pike arasındakı münasibət pisləşib.
Klub Jerarın cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. La Liqa nəhəngi onun əvəzinə İniqo Martinesi heyətinə qatacaq.
Xatırladaq ki, Pike "Bavariya"ya uduzduqları matçdan sonra soyunub-geyinmə otağında komandada istədiyi oyun vaxtını ala bilmədiyi üçün şikayətlənib. Bu zaman ispaniyalı oyunçunun sözlərini eşidən Xavi - “Bundan sonra daha az oynayacaqsan” sözləri ilə kəskin reaksiya bildirib.
Qeyd edək ki, 2008-ci ildən "Barselona"da çıxış edən Pike bu mövsüm ilk "11-lik"dəki yerini itirib.