Belçika millisinin kapitanı Eden Hazard Uels komandası ilə oyundan  sonra "Real"dakı durumundan danışıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, o, 31 yaşlı hücumçu "Kral klubu"nda meydana az çıxmasından şikayətlənib:

"Çətin vaxtlardan keçmişəm. Oynamaq istəyirəm, lakin meydana çıxmıram. "Real"da özümü yaxşı hiss edirəm, lakin çox az oynayıram. Meydana çıxdıqda isə yaxşı performans göstərirəm. Həssas vəziyyətdir, çünki dana çox çıxış etmək istəyirəm".

Qeyd edək ki, Belçika Uels üzərində 2:1 hesablı qələbə qazanıb.