İngiltərənin "Mançester Yunayted" klubu "Latsio"nun serbiyalı futbolçusu Sergey Milinkoviç Saviç üçün hərəkətə keçib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Real"ın ardından bu dəfə "qırmızı şeytanlar" da sözügedən futbolçuya "elçi" düşüb. 23 yaşlı futbolçu üçün "Mançester Yunayted" 140 milyon avro ödəməyə hazır olduğunu bildirib. Ötən mövsüm "Latsio"nun heyətində A Seriyada mükəmməl nəticə göstərən Saviç bununla Avropa nəhənglərinin diqqətini çəkib. Belə ki, o, keçdiyimiz mövsüm çıxdığı 35 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 23 yaşlı Saviç 2017-ci ildə "Genk"dən "Latsio"ya transfer edilib.