Madrid "Real"ı sıralarını yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "90min"ə istinadla xəbər verir ki, "kral klubu" İtaliya "İnter"inin müdafiəçisi Milan Şkrinyarı transfer edəcək.

27 yaşlı futbolçunun keçidinin qışda həll ediləcəyi gözlənilir.

"Real" slovakiyalı oyunçu üçün 60 milyon avro təklif edir.

Qeyd edək ki, Şkrinyar 2017-ci ildən "İnter"də çıxış edir