Əfsanəvi niderlandlı futbolçu və baş məşqçi Yohan Kroyffun oğlu Yordi Kroyff "Barselona"nın idman direktoru vəzifəsinə dəvət edilib.
Offsideplus.az xəbər verir ki, Kroyff ötən mövsüm Kataloniya komandasına beynəlxalq futbol departamentinin direktoru kimi qoşulmuşdu.
Ancaq Xavinin istəyi ilə Yordi idman direktoru vəzifəsinə dəvət olunub.
48 yaşlı futbol adamı “Barselona”da futbolçu kimi bu komandada oynayıb.